AZ

Həsən Al-Attas: Azərbaycanda mənzil tikintisi layihələri diqqət çəkir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycanda həyata keçirilən mənzil tikintisi layihələri beynəlxalq iştirakçıların diqqətini cəlb edib.

Bunu “APA-Economics”ə açıqlamasında Səudiyyə Ərəbistanının Yəmənin İnkişafı və Yenidən Qurulması üzrə Proqramının Baş direktorunun müavini Həsən Al-Attas deyib.

“Azərbaycan forumun təşkilində çox yaxşı iş görüb. Burada xüsusilə mənzil tikintisi və şəhərsalma sahəsində həyata keçirilən layihələr diqqəti cəlb edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, WUF13 yüksək səviyyədə təşkil olunub və iştirakçılar üçün hərtərəfli şərait yaradılıb.

“Azərbaycanda olmaqdan çox məmnunuq. Bu, mənim ölkəyə ilk səfərim deyil. Burada çox olmuşam. Təşkilatçılıq əladır. Dünən yağan güclü yağışa baxmayaraq, təşkilatçılar bütün məsələləri operativ şəkildə həll etdilər və tədbir problemsiz davam edir”, – deyə Həsən Al-Attas qeyd edib.

O əlavə edib ki, forum şəhərlərin davamlı inkişafı, münasib qiymətli mənzil təminatı və urbanizasiya ilə bağlı yeni ideyaların müzakirəsi üçün mühüm beynəlxalq platformadır.

Seçilən
34
1
apa.az

2Mənbələr