AZ

WUF13 yerli və xarici medianın gündəmində - FOTOREPORTAJ

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü də yerli və xarici medianın əsas gündəmini təşkil edir.

"Far.Az"un məlumatına görə, sessiyanın ikinci günündə də səhər saatlarından etibarən Media otağında gərgin və operativ iş diqqət çəkir.

Məlumat üçün qeyd edək ki, mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur.

Seçilən
31
far.az

1Mənbələr