Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Regionun təhsil mühitində mühüm rol oynayan Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzinin fəaliyyətə başlamasının bir ili münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar və rəsmi qonaqlar iştirak ediblər.
Mərkəzin rəhbəri Samir Şərifov mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələr haqqinda geniş məlumat verərək bildirib ki, hazırda mərkəzdə 120 nəfər şagird müxtəlif istiqamətlər üzrə təhsil alarır, öz bilik və bacarıqlarını təkmilləşdirir. O, bir il ərzində mərkəz tərəfindən bir çox uğurlu layihələrə imza atildığını qeyd edib. Mərkəz rəhbəri “Ayın şagirdi” və “Ən innovativ müəllim” kimi stimullaşdırıcı müsabiqələrin daxili motivasiyanı xeyli artıracağını deyib.
Çıxış edən qonaqlardən Emin Əhmədov, Murad Muradov, Anar Şərifov, Esmira Həmidova, Xanım Məmmədova, Səyyad Xəlilov və Əfəndi Mustafayev mərkəzin bölgədəki inteqrasiya proseslərinə və təhsilin keyfiyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
P.ƏMİRCANOV
XQ