AZ

“Ayntraxt” baş məşqçisini qovdu

style='margin-bottom:10px;'>

Almaniyanın “Ayntraxt” klubu Albert Riera ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, Frankfurt təmsilçisi ispaniyalı mütəxəssisin baş məşqçi postundan göndərildiyini rəsmən açıqlayıb. Bu haqda klub məlumat yayıb.

Onunla birlikdə məşqçilər korpusunda yer alan köməkçilər də komandadan ayrılıb.

Qeyd edək ki, Albert Riera 2026-cı ilin yanvarında “Ayntraxt”ın baş məşqçisi təyin olunmuşdu.

Hazırda Frankfurt klubu Almaniya Bundesliqasında 32 turdan sonra topladığı 43 xalla 8-ci pillədə qərarlaşıb. Komanda avrokubok zonasından 15 xal geri qalır.

Seçilən
30
1
teleqraf.com

2Mənbələr