AZ

İş stressindən qorunmağın ən effektiv yolu AÇIQLANDI

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Beynəlxalq alimlər qrupu iş stressinin insan sağlamlığına təsirini azaltmaqda ən effektiv amillərin keyfiyyətli yuxu və düzgün qidalanma olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, araşdırma zamanı Kanadada yaşayan 2871 işçinin 10 il ərzində toplanmış məlumatları təhlil edilib. Nəticələr "The Conversation" portalında dərc olunub.

Mütəxəssislər müəyyən ediblər ki, keyfiyyətli yuxu stressə qarşı ən güclü qoruyucu faktor hesab olunur. Araşdırmaya görə, yaxşı yuxu diqqəti, emosional sabitliyi və orqanizmin bərpasını dəstəkləyir.

Düzgün qidalanmanın da uzunmüddətli iş gərginliyi zamanı həm fiziki, həm də psixoloji dayanıqlığı artırdığı qeyd olunub.

Araşdırmada maraqlı nəticələrdən biri isə fiziki aktivliklə bağlı olub. İdmanla məşğul olan şəxslər ümumi sağlamlıqlarını daha yaxşı qiymətləndirsələr də, fiziki fəaliyyət iş stresinin təsirini yuxu və qidalanma qədər azaltmayıb.

Tədqiqat müəllifləri bildirirlər ki, sağlam həyat tərzi vacib olsa da, iş yerlərində həddindən artıq yüklənmə və daimi gərginlik aradan qaldırılmadan stress problemi tam həll edilə bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
2
baku.ws

3Mənbələr