AZ

Maksimum bal toplayanların sayı niyə azalıb? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 19-da keçirilən imtahanların nəticələri elan edilib. Açıqlanan nəticələrə əsasən, iştirakçılar arasında cəmi 1 nəfər maksimum bal toplamağa nail olub. Son illərin statistikası göstərir ki, tam nəticə göstərən abituriyentlərin sayı əvvəlki dövrlərlə müqayisədə azalır. Mütəxəssislər bunu həm imtahan suallarının daha məntiqyönümlü olması, həm də tədris prosesindəki problemlərlə əlaqələndirirlər. Bəs görəsən, maksimum bal yığanların sayının azalmasının əsas səbəbi nədir?Məsələ ilə bağlı, təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlama verib. O bildirib ki, 19 aprel tarixində keçirilmiş imtahanda maksimum nəticəni yalnız bir nəfər göstərib:“Həmin şəxs də Naxçıvan Muxtar Respublikasından olan abituriyentdir və 300 bal toplayıb. Ümumilikdə isə bu il ərzində, səhv etmirəmsə, 12 abituriyent maksimal nəticə əldə edərək 300 bal yığıb. Bütün bunlar onu göstərir ki, ildən-ilə imtahanlarda tətbiq olunan yeniliklər, eyni zamanda iştirakçıların imtahan prosesinə əvvəlki qədər ciddi yanaşmaması maksimal nəticə göstərənlərin sayına təsir edir. Amma yalnız maksimal nəticə göstərənlərin sayına əsasən ümumi imtahan prosesini qiymətləndirmək düzgün olmaz. Əgər iştirakçıların müəyyən hissəsi, məsələn yarım faizdən çoxu orta göstəricidən yüksək nəticə əldə edirsə, bunu müsbət hal kimi qiymətləndirmək olar”.O deyib ki, əgər aşağı nəticə göstərənlərin sayı çoxdursa, bu halda artıq müəyyən problemlərdən danışmaq mümkündür:“Burada həm tədris prosesinə müəyyən müdaxilələrin olunması, həm də proqramın çətinlik səviyyəsi ilə bağlı məsələlərin yenidən nəzərdən keçirilməsi vacibdir. Eyni zamanda müşahidə edirik ki, bəzi abituriyentlər informasiya texnologiyalarından düzgün istifadə edə bilmir, müxtəlif platformalarda daha çox vaxt keçirir, mobil oyunlara üstünlük verirlər. Təəssüf ki, bütün bunlar onların ümumi nəticələrinə təsir göstərir. Ona görə də abituriyentlər daha diqqətli olmalı və daha optimal nəticə əldə etmək üçün hazırlıq prosesinə ciddi yanaşmalıdırlar”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr