AZ

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır


ABŞ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrehem “NBC News” telekanalına bildirib.
Onun sözlərinə görə, müzakirə edilən məsələlərdən biri də Rusiya neftini alan ölkələrə qarşı tariflərdir.
“Rusiyaya gəldikdə, biz Konqresin prezidentə sanksiya və tarif tətbiq etməyə imkan verən sanksiyaları qəbul etməsinə çox yaxınıq. Ucuz Rusiya nefti alan istənilən ölkə tariflərə məruz qala bilər”, - deyə o, qeyd edib.
Qrehem həmçinin qeyd edib ki, ABŞ əvvəllər Yeni Dehlinin Moskva ilə ticarət əlaqələrinə görə Hindistana qarşı tariflər tətbiq edib. O, oxşar yanaşmanın Çin üçün də nəzərdən keçirilməli olduğunu bildirib.
Seçilən
11
yeniavaz.com

1Mənbələr