
ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə görüş keçirib və orada Vaşinqtonun İrana qarşı mümkün növbəti addımları müzakirə olunub.
Missiya.Az xəbər verir ki, bu barədə“CNN” telekanalı məlumatyayıb.
Bildirilib ki, görüş Virciniya ştatındakı Amerika liderinin qolf klubunda baş tutub. Görüşdə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər.
Daşqın HəsənovMissiya.Az