AZ

70 şüşə pivə içdim Real və Roma nın keçmiş oyunçusu spirtli içki asılılığından DANIŞDI

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sisinyo 2006-cı ildə "Real"ə qoşulub. O, klubla İspaniya liqasının titulunu qazanıb və mövsümdən sonra "Roma"ya keçib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, braziliyalı müdafiəçi karyerası boyunca yeniyetməlik illərində başlayan alkoqol asılılığı ilə mübarizə aparıb.

"Real"a qoşulanda düşünürdüm: "Mükəmməl, indi əbədi əylənə bilərəm". Səhər saat dörddə yatıb səkkizdə artıq sərxoş məşq edirdim. Fabio Kapello bunu hiss etmirdi, çünki mən yaxşı oynayırdım", - braziliyalı bildirib.

Sisinyo ilk dəfə 13 yaşında spirtli içki içib.

"Özümü spirtli içki ilə məhv etdim. "Roma"da oynayanda bir gündə 70 şüşə pivə və 15 Kaypirinya içmişdim. 13 yaşımda pivə içdim və bir qadına aşiq olduğum kimi ona aşiq oldum", - müdafiəçi etiraf edib.

Sisinyo 2009-cu ildə diz zədəsi alıb. Məhz o zaman ilk dəfə alkoqolizmi barədə düşünməyə başlayıb.

Hazırda braziliyalı San-Pauluda yaşayır, televiziya şərhçisi kimi çalışır və bir neçə ay əvvəl dini yoluna yevangelist pastor kimi başlayıb.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
lent.az

1Mənbələr