Azərbaycanda daha bir şirkət zərərlə işlədiyinə görə, daşınmaz əmlaklarını satmağa hazırlaşır.
Publika.az FED.az-a istinadən xəbər verir ki, “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC zərərlə işlədiyinə görə, balansında olan daşınmaz əmlakların bir hissəsini satmağa hazırlaşır.
Bu məsələ şirkətin səhmdarlarının 30 iyun 2026-cı il tarixində keçiriləcək iclasında müzakirə olunacaq. Bundan əlavə şirkətin yığılan zərəri də səhmdarlar arasında bölünəcək.
Həmin tarixdə şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, 9 ünvanında yerləşən inzibati binasında keçiriləcək səhmdarların illik illik ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2025-ci ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında.