AZ

Azərbaycanın ixracı 35%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 17 milyard 403 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9% çoxdur.

Son 1 ildə Azərbaycanın ixracı 35,2% artaraq 11 milyard 879 milyon ABŞ dollarına, idxalı isə 32,1% azalaraq 5 milyard 525 milyon ABŞ dollarına enib.

Nəticədə xarici ticarətdə 6 milyard 354 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 dəfə çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
2
banco.az

1Mənbələr