AZ

WUF13 də mənzil siyasətinə dair Dünya şəhərləri hesabatı təqdim ediləcək

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mənzil siyasəti məsələlərinə və şəhər inkişafı sahəsində lokal həllərə həsr olunmuş "Dünya şəhərləri" hesabatı təqdim ediləcək.

"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hesabatda mənzil problemlərinin həllində və dayanıqlı inkişafın lokal mexanizmlərinin inkişaf etdirilməsində müxtəlif şəhərlərin və ölkələrin təcrübəsi təhlil edilir.

"Onu incələyərək şəhərlərin və ölkələrin bu vəzifənin öhdəsindən necə gəldiyini görəcəksiniz. Bu, "2030-cu ilə qədər Yerli həllər" platforması - çərçivəsində BMT-nin 15 strukturunun yerli və regional hakimiyyət orqanları, özəl sektor, vətəndaş cəmiyyəti və digərləri kimi tərəfdaşlarla birgə çalışdığı BMT mexanizmi tərəfindən hazırlanmış yerli həllər haqqında dolğun bir hesabatdır", - A.Rossbax qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr