Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün futzal üzrə Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, çempion adı uğrunda həlledici qarşılaşmada "Neftçi" İK ilə "Araz-Naxçıvan" üz-üzə gələcək.
Bakı İdman Sarayında təşkil olunacaq oyun saat 19:00-da start götürəcək və CBC Sportla canlı yayımlanacaq. Lider "Neftçi"yə heç-heçə də sərf edəcək.
Oyunu FİFA referiləri idarə edəcəklər.
Yüksək Liqa
20-ci tur
18 may
19:00. Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov
Ehtiyat hakim: Hidayət Feyzullayev
Hakim-inspektor: Elçin Səmədli
Bakı İdman Sarayı.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.