Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri 18 may Bazar ertəsi günü rəsmi səfərlə Nuuk şəhərinə gəlib. Lendrinin sözlərinə görə, o, Trampdan bir mesaj gətirib və səfərin məqsədi “dinləmək və öyrənmək”dir.
Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, Lendri jurnalistlərə bildirib ki, gecə saatlarında Trampla danışıb və keçmiş prezident ona konkret tapşırıq verib: “Ora get və mümkün qədər çox dost qazandır”.
Mətbuatın ABŞ-ın Qrenlandiyanı “ələ keçirməyə” çalışması barədə sualına Lendri bunu təkzib edib. O vurğulayıb ki, səfərin məqsədi əməkdaşlığı inkişaf etdirmək və ABŞ, Grenlandiya və Danimarka arasında münasibətləri genişləndirmə imkanlarını öyrənməkdir.
Qeyd olunur ki, səfər zamanı Amerika nümayəndə heyəti “Make America Great Again (Amerikanı Yenidən Böyük Edin)” yazılı papaqlar geyinib.
Səfərin fonunda məlum olub ki, ABŞ Nuuk şəhərində yeni konsulluq binasının açılışını planlaşdırır. Rəsmi açılışın 21 mayda baş tutacağı gözlənilir.
Əvvəllər BBC xəbər verirdi ki, ABŞ Qrenlandiyanın cənubunda üç yeni hərbi baza yaradılmasını və bu ərazilərə “ABŞ suveren ərazisi” statusunun verilməsini nəzərdən keçirir. Qrenlandiyanın baş naziri də amerikalıların hərbi mövcudluğunu genişləndirmək barədə danışıqlar apardığını təsdiqləyib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.