
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mərkəzi Hərbi Dairəsinin komandanı general-mayor Avi Blut bazar günü İordan çayının qərb sahilində terrorçular üçün yeni ölüm hökmü qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayıb.
Qanun "İsrail Dövlətinin mövcudluğunu inkar etmək" məqsədilə törədilən terror aktlarına görə ölüm hökmünün verilməsi imkanını nəzərdə tutur. Bununla belə, qanunun qüvvəsi HAMAS-ın 7 oktyabr hücumlarında iştirak etmiş "Nuhba" xüsusi təyinatlı dəstəsinin yaraqlılarına şamil edilmir; onlar üçün ayrıca hüquqi normalar nəzərdə tutulub.
"The Times of Israel"in məlumatına görə, fərman insanların ölümü ilə nəticələnən hücumlar törətmiş terrorçuların işlərinə baxan hərbi məhkəmələrin üzərinə əsas cəza növü kimi ölüm hökmü çıxarmaq öhdəliyi qoyur. Yalnız məhkəmənin ömürlük həbslə kifayətlənməyə imkan verən "xüsusi halları" müəyyən etdiyi vəziyyətlər istisna təşkil edir.
İsrailin müdafiə naziri İsrael Katz qərarı şərh edərkən bildirib ki, "yəhudiləri öldürən terrorçular həbsxanada rahat şəraitdə oturmayacaq, mübadilə sazişlərini gözləməyəcək və ya azadlığa çıxmaq xəyalı qurmayacaqlar — onlar ən ağır bədəli ödəyəcəklər".
Məryəm Quliyeva