AZ

Komitə sədri: WUF13 ün ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi, bu, iqlim dəyişikliyinin nəticəsidir

Apa.az saytına istinadən ain.az xəbər verir.

WUF13 forumunun ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi və bu da iqlim dəyişikliyinin nəticəsidir.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

“Düzünü desəm, Bakıda böyümüş bir insan kimi mən may ayında heç vaxt bu qədər yağış görməmişəm. Bu, normal deyil. Amma üzləşdiyimiz reallıq budur. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq”, - Anar Quliyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
18
apa.az

10Mənbələr