ain.az bildirir, Avtosfer portalına istinadən.
Xırdalan şəhərində yol hərəkəti qaydasını qəsdən pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Belə ki, 90-YT-392 qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü yolun kənarında toplanmış yağış gölməçəsinə yüksək sürətlə daxil olaraq hərəkət edib. Sürücü suyun əks yola sıçradığını görməsinə baxmayaraq, hərəkətini davam etdirib və nəticədə su əks istiqamətdə hərəkət edən “BMW” markalı avtomobilin üzərinə sıçrayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.