AZ

WUF13 dünya şəhər ictimaiyyəti üçün mühüm mərhələdir -

“Bugünkü gün təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya şəhər ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyan bir mərhələdir”.Mətbuat.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş rəsmi mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator deyib. Mətbuat.az-ın müxbirinin verdiyi məlumata görə, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş rəsmi mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev səsləndirib.O bildirib ki, yaxın günlərdə Azərbaycan paytaxtı hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, elmi dairələrin, vətəndaş cəmiyyətinin, gənclərin, qadınların, özəl sektorun və yerli icmaların bir araya gəldiyi qlobal platformaya çevriləcək. Onları birləşdirən əsas məqsəd isə hər kəs üçün daha dayanıqlı və inklüziv şəhər gələcəyinin formalaşdırılmasıdır.Anar Quliyev qeyd edib ki, WUF13-ə aparan proses əslində illər əvvəl başlayıb. Onun sözlərinə görə, Azərbaycan 2021-ci ildən etibarən dayanıqlı şəhər inkişafı mövzusunda geniş daxili dialoq mühiti formalaşdıran Milli Şəhərsalma Forumlarını ardıcıl şəkildə təşkil edir: “Bu forumlar şəhərlərimizin və yaşayış məntəqələrimizin gələcəyini müzakirə etmək üçün müxtəlif tərəfləri bir araya gətirib. Onlar milli koordinasiyanın gücləndirilməsinə, prioritetlərin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə və siyasətimizin Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasına mühüm töhfə verib”.Komitə sədri vurğulayıb ki, həmin forumlar Bakıda keçiriləcək qlobal tədbir üçün etibarlı zəmin yaradıb və Azərbaycanın həm şəhər inkişafına, həm də çoxtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirib: “WUF13-ün Bakıda keçirilməsi son illərdə formalaşdırdığımız milli şəhərsalma dialoqunun qlobal miqyasda davamıdır. Bu mötəbər tədbirə ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyət və BMT-Habitatın Azərbaycana göstərdiyi etimadın göstəricisidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
25
29
metbuat.az

10Mənbələr