AZ

Ordu İrana hücuma hazırdır, Trampın əmrini gözləyirlər - CNN  

ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə Vaşinqtonun İranla bağlı mümkün gələcək hərəkətlərini müzakirə etmək üçün görüş keçirib.

Ölkə.az CNN-ə istinadən xəbər verir ki, görüşdə iştirak edənlər arasında vitse-prezident C.D. Vüns, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con  Ratcliffe və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uittkof da olub.

CNN-nin yazdığına görə, Ağ Ev rəhbərinin bir həftə ərzində milli təhlükəsizlik qrupunun nümayəndələri ilə növbəti görüş keçirməsi gözlənilir.

Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gələcəyi təqdirdə Pentaqon İrana qarşı bir neçə zərbə planı hazırlayıb. Zərbələr endiriləcək hədəflər siyahısına İranın enerji obyektləri və infrastrukturu daxildir.

ABŞ prezidenti Donald Tramp sosial media platforması “TruthSocial”da İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyinə işarə edən bir şəkil paylaşıb. Şəkildə Amerika bayrağının zolaqları və ulduzları ilə örtülmüş Yaxın Şərq xəritəsi təsvir olunub. Şəkilin mərkəzində İran, hər tərəfdən ona doğru qırmızı oxlar göstərilir.

“Times of İsrael” nəşri Netanyahunun ofisinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İranla müharibə barədə danışıb və bu axşam təhlükəsizlik məsələlərini məhdud şəkildə müzakirə edib.
Söhbət ABŞ və İsrailin İranla müharibəni yenidən başlatmağa hazırlaşdığı barədə xəbərlər fonunda baş tutub.

İsrail mediasının məlumatına görə, liderlər İranla müharibənin yenidən başlaması ehtimalını, eləcə də Trampın Çinə son səfərini müzakirə ediblər.

Mürtəza

Seçilən
27
1
olke.az

2Mənbələr