AZ

Kaja Kallas: “ABŞ, Çin və Rusiya Aİ-ni dağıtmaq istəyir”

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Estoniyada keçirilən konfransda cari məsələlərlə bağlı çıxışlar edib.

Hafta.az yazır ki, ABŞ, Çin və Rusiyanın "Aİ-ni sevmədiyini" şərh edən Kallas bildirib ki, "bu güclərin Avropa İttifaqını dağıtmaq istəməsinin səbəbi, birlikdə olduğumuz zaman daha güclü olmağımızdır".

Avropanın bir yerdə dayanmalı olduğunu bildirən Kallas qeyd edib: "Bərabər güclərlə müqayisədə daha kiçik ölkələrlə işləmək daha asandır, ona görə də düşünürəm ki, əsl problem budur. Hər bir ölkəyə "Sizinlə münasibətlərimiz əladır, amma mən Aİ-ni sevmirəm" demək asandır. Əsl sual Avropanın buna necə reaksiya verməsidir. Mən çox narahatam, çünki bəzən bəzi (üzv) ölkələrin bu yola getdiyinin şahidi oluram. Onlar deyirlər ki, "İkitərəfli münasibətlərimiz yaxşıdır, əgər Aİ ilə danışmaq istəmirsinizsə, bizimlə danışın". Amma bu, əslində bölünmənin işə yaradığı deməkdir”.

Kallas İranda elektrik stansiyalarına və mülki infrastrukturlara edilən hücumların Hörmüz boğazının açılması problemini həll etmədiyini qeyd edərək, "Çünki bu, İranın dünyanın qalan hissəsi üzərində nəzarətini qorumaq üçün istifadə etdiyi təzyiq nöqtəsidir" deyib.

Kallas diplomatik həlli dəstəklədiklərini, lakin Avropanın danışıqlar masasında tərəflər üzərində "əsas təsirə" malik olmadığını söyləyib.

Seçilən
68
50
hafta.az

10Mənbələr