WUF13 artıq region üçün yeni imkanlar yaradıb.
APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev WUF13 çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında bikdirib:
“WUF13 bu region üçün tamamilə yenidir. Bu, dünyanın bizim hissəsində ilk dəfə keçirilir və bu özü artıq birinci böyük imkandır. Biz qonşularımız və dostlarımızla birlikdə bir araya gələrək şəhərlərimizin gələcəyinin necə görünəcəyini müzakirə edə bilirik”, – o vurğulayıb.
A.Quliyev qeyd edib ki, forum çərçivəsində çoxsaylı maraqlı sessiyalar, tədbirlər və ekspert müzakirələri təşkil olunur: “Əlbəttə, burada çox maraqlı sessiyalar, tədbirlər və ekspert müzakirələri keçirilir və inanıram ki, hamımız bundan faydalanacağıq”, – sədr əlavə edib.