AZ

Dünyada cəmi iki ədəd var, biri muzeydədir, biri də cehiz FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Türkiyədə yaşayan gənclərdən biri atası ilə birlikdə dünyada çox az tapılan köhnə, yararsız hərbi maşını alaraq dörd ay ərzində təmir edib, onu çəhrayı rəngli müasir avtomobilə çevirib və gələcək həyat yoldaşına toy hədiyyəsi kimi təqdim edib.Demokrat.az xəbər verir ki, Saltuğ Taşlıdağ adlı bəy namizədi nişanlısı Ece Demirkırana cehiz töhfəsi olaraq çəhrayı rəngli cip bağışlayıb. Bu maşının dünyada cəmi iki nüsxəsi var. Avtomobilin bir variantı muzeydə qorunur, digəri isə artıq Bodrum küçələrində hərəkət edəcək.Bəy namizədi atası Murat Taşlıdağ ilə birlikdə metal qırıntısı kimi atılan 1952-ci il istehsalı olan maşını satın alıb. Ata və oğul emalatxanada gecə-gündüz dörd ay əmək sərf edərək texnikanı müasirləşdiriblər. Onlar avtomobili çəhrayı rəngə boyayaraq idman üslubuna salıblar. Maşına xüsusi nömrə nişanı da sifariş verilib. Nömrədəki hərflər gəlinin adını, rəqəmlər isə bəyin məmləkətini və toy tarixini ifadə edir.Hazırlıqlar bitdikdən sonra çəhrayı tüllərlə bəzədilən nəqliyyat vasitəsi evakuatorla gəlin evinin yerləşdiyi Gümüşlük məhəlləsinə aparılıb. Küçədə qeyri-adi korteji görən sakinlər təəccüblərini gizlədə bilməyiblər. Hədiyyəni qarşılayan Ece Demirkıran böyük sevinc yaşadığını və bu unikal avtomobilin onun üçün çox dəyərli olduğunu bildirib.Yenidən qurulan nəqliyyat vasitəsi toy karvanının ən diqqətçəkən hissəsinə çevrilib.

Seçilən
14
demokrat.az

1Mənbələr