Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın Sietl şəhərindəki məşhur "Saqqız Divarı" dünyanın ən qeyri-adi və maraqlı yerlərindən biri hesab olunur.
Banco.az xəbər verir ki, ilk baxışdan adi görünən bu divar əslində minlərlə insanın yaratdığı sənət əsəridir.
Belə ki, ziyarətçilər çeynədikləri saqqızı divara yapışdırırlar. İllər ərzində yığılan rəngarəng saqqız divara qeyri-adi bir görünüş verərək onu turistlər üçün cəlbedici bir yerə çevirib.
Maraqlıdır ki, bu ənənə 1990-cı illərdə teatrların qarşısında növbə gözləyən tamaşaçılar tərəfindən başladılıb. Darıxan insanlar saqqızı divara yapışdırmağa başladılar və zaman keçdikcə bu bir rituala çevrildi.
Yerli hakimiyyət orqanları divarı bir neçə dəfə təmizləməyə çalışıb. Bir dəfə hətta tonlarla saqqız da çıxarılıb. Lakin divar tezliklə əvvəlki vəziyyətinə qayıdıb. İnsanlar onu yenidən "bəzəməyə" davam ediblər.
Bu gün "Saqqız Divarı" təkcə qeyri-adi bir sənət nümunəsi deyil, həm də turistlər üçün məşhur bir foto məkanıdır. Bir çox insan bu məkana heyran qalır: bəziləri onu yaradıcılıq nümunəsi, digərləri isə qəribə bir vərdiş hesab edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.