AZ

Rusiya maliyyə-bank sektorundan təhlükəli siqnallar:Sistem böhranı yaranır

Rusiya bank sektorunda sistemli böhran hiss olunmaqdadır.

Musavat.com xəbər verir ki, Rusiya Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASF) hesabatına görə, ölkənin bank sistemində problemli aktivlərin payı 10 faizi keçib.

Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə, bu səviyyə sistemli bank böhranının başlanğıc həddi hesab olunur. Rusiyada bu göstərici ardıcıl üçüncü aydır ki, kritik həddən yuxarı qalıb.

CMASF qeyd edir ki, böhran hazırda "gizli" xarakter daşıyır. Belə ki, aktivlərin keyfiyyətinin pisləşməsi problemli kreditlərin restrukturizasiyası və dövlət banklarının dominantlığı ilə gizlədilir ki, bu da əmanətçilər arasında panikanın qarşısını almağa və maliyyə sisteminin sabitliyinin görünüşünü qorumağa kömək edir.

Son 12 ay ərzində Rusiyanın ÜDM artımı 0,4 faizə qədər yavaşlayıb və 2025-ci il ərzində müşahidə olunan mənfi tendensiya 2026-cı ilin əvvəlində də davam edir.

Vəziyyətin pisləşməsinin digər əlaməti şirkətlər arasında vaxtı keçmiş debitor borcların kəskin artması olub ki, bu da ilk dəfə olaraq 8 trilyon rublu və ya Rusiya ÜDM-nin 3,8 faizindən yuxarıdır.

Şirkətlərin demək olar ki, yarısı ötən il əsas problem kimi qarşı tərəflərdən ödənişlərin gecikməsini göstərib.

Xatırladaq ki, Rusiya iqtisadiyyatı 2026-cı ilin birinci rübündə 0,3 faiz azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr