ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi elçisi Ceff Lendri 19-20 may tarixlərində keçiriləcək biznes konfransında iştirak etməyi planlaşdırdığı Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə gəlib.
Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, onu
ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri müşayiət edəcək.
ABŞ-ın Kopenhagendəki səfirliyi Landri və Houerin Danimarka adasında ABŞ üçün iqtisadi imkanları müəyyən etmək məqsədilə qrenlandiyalılarla görüşəcəyini açıqlamışdı.
Reuters vurğulayır ki, Landry-nin qrenlandiyalı siyasətçilərlə görüşmək planları hələ açıqlanmayıb.
Musavat.com