İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH - İran ordusunun elit bölmələri) Fars körfəzinin cənubundakı bütün ABŞ hərbi bazalarını sıradan çıxara bilər.
Publika.az xəbər verir ki, bunu SEPAH nümayəndəsi İbrahim Zülfiqari bəyan edib.
"Yaxın gələcəkdə Fars körfəzinin cənub hissəsindəki bütün Amerika hərbi bazaları fəaliyyətsiz vəziyyətə gətiriləcək", – deyə o bildirib.
Mayın 15-də "The New York Times" qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına aktiv şəkildə hazırlaşırlar. Nəşrin məlumatına görə, artıq bu həftə İslam Respublikası yeni hücumlara məruz qala bilər.