AZ

Əgər müəllim özü bu baxımından çətinlik yaşayırsa, sinifdə necə tətbiq edə bilər?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin xarici dil üzrə buraxılış imtahanlarında gələcəkdə danışıq bacarığının da yoxlanıla biləcəyini açıqlaması təhsil mühitində yeni müzakirələr yaradıb. Hazırda imtahanlarda əsasən oxuyub-anlama və dinləyib-anlama bacarıqları qiymətləndirilsə də, ekspertlər hesab edir ki, danışıq qabiliyyətinin ölçülməsi şagirdlərin dili real istifadə səviyyəsini daha obyektiv göstərə bilər. Digər tərəfdən isə məktəblərdə bu sistemə hazırlıq imkanları və bölgələr üzrə fərqlər də suallar doğurur.Bu barədə Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı bildirib ki, xarici dil üzrə fənn kurikulumunun əsas tələblərindən biri də şagirdlərin sərbəst danışıq və dialoq qurmaq bacarığının formalaşdırılmasıdır:“Bu baxımdan Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında həmin meyarı tətbiq etməsi ümumilikdə doğru yanaşmadır və məsələnin bu tərəfində hansısa yanlışlıq yoxdur. Problem daha çox orta məktəblərin və müəllimlərin bu sistemə nə dərəcədə hazır olması ilə bağlıdır. Maraqlı məqam ondan ibarətdir ki, xarici dil müəllimləri sertifikasiya və ya MİQ imtahanlarında bu meyarlarla yoxlanılmırlar. Bu isə haqlı suallar yaradır. Məsələn, bütün xarici dil müəllimləri, xüsusilə regionlarda çalışan müəllimlər tədris etdikləri dildə sərbəst danışa bilirlərmi? Əgər müəllim özü danışıq bacarığı baxımından çətinlik yaşayırsa, həmin meyarı sinifdə necə tətbiq edə bilər? Düşünürəm ki, hazırda yaranan ajiotajın əsas səbəbi də məhz budur. Bu baxımdan Elm və Təhsil Nazirliyi məsələyə xüsusi nəzarət etməli, məktəblərdə monitorinqlər aparmalı, müəllimlər üçün dəstəkləyici proqramlar həyata keçirməli, onları seminar və təlimlərə daha geniş şəkildə cəlb etməlidir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
demokrat.az

1Mənbələr