AZ

Yaxın Şərqdəki münaqişəyə görə yaranan enerji böhranı kəskinləşir - media

Yaxın Şərqdəki münaqişəyə görə yaranan enerji böhranı kəskinləşir - media

Yaxın Şərqdəki münaqişənin rəvac verdiyi qlobal enerji böhranı yay mövsümünün yaxınlaşması ilə əlaqədar yeni və daha kritik bir mərhələyə qədəm qoyur.

AFN.az "Financial Times" qəzetinin ekspert və rəsmi mənbələrə istinadən yaydığı məlumata görə xəbər verir ki, artıq dünyanın 80-ə yaxın ölkəsi öz daxili iqtisadiyyatını qorumaq məqsədilə fövqəladə tədbirlər tətbiq etməyə başlayıb.

"Aberdeen" idarəedici şirkətinin baş iqtisadçısı Pol Diqql nəşrə açıqlamasında "Brent" markalı neftin bir barelinin qiymətinin 180 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıb. Vəziyyəti çətinləşdirən əsas amillərdən biri də yayda əhalinin kondisionerlərdən kütləvi istifadəsi və xaricə səyahətlərin artması fonunda neft, dizel və aviasiya yanacağına olan tələbatın pik həddə çatmasıdır. İqtisadçılar qeyd edirlər ki, qlobal neft ehtiyatlarının müşahidə tarixi ərzində rekord sürətlə tükənməsi yaxın vaxtlarda qiymətlərdə növbəti kəskin sıçrayışa yol aça bilər.

Avropa İttifaqının nəqliyyat və turizm məsələləri üzrə komissarı Apostolos Sitsikostas qəzetə verdiyi şərhdə xəbərdarlıq edib ki, əgər Yaxın Şərq böhranı yaxın həftələrdə nizamlanmasa, "qlobal resessiya qaçılmaz ola bilər".

Seçilən
76
afn.az

1Mənbələr