AZ

Türkiyədə silahlı insident: İki polis öldürüldü

Türkiyədə silahlı insident: İki polis öldürüldü

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda silahlı dava barədə daxil olan məlumata əsasən hadisə yerinə gələn asayiş keşikçiləri atəşə tutulub.

AFN.az xəbər verir ki, "Hürriyet" qəzetinin yaydığı məlumata görə, hadisə yerinə yaxınlaşan polis nümayəndələrinə şübhəli şəxs tərəfindən odlu silahla müqavimət göstərilib.

Atışma barədə siqnal alındıqdan sonra əraziyə çoxlu sayda əlavə polis qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır yaralanan hər iki polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb və onlar şəhid olublar.

Hücum edən şəxs isə keçirilən operativ əməliyyat və baş verən silahlı qarşıdurma nəticəsində yaralı vəziyyətdə zərərsizləşdirilərək saxlanılıb. Müvafiq tibbi yardım göstərilməsi üçün o, Çorlu Dövlət Xəstəxanasına aparılıb.

Hadisənin ardınca Tekirdağ valisi Rəcəb Soytürk, Çorlu rayon icra başçısı (kaymakam) Niyazi Ərtan, Çorlu baş prokuroru Bilgihan Yücel və vilayət polis rəisi Əhməd Mətin Turanlı birbaşa cinayət yerinə gələrək şəxsən araşdırma aparıblar. Baş vermiş qanlı hadisə ilə bağlı başladılan genişmiqyaslı istintaq davam edir.

Seçilən
37
afn.az

1Mənbələr