AZ

Qızıl top un sahibi Madrid yolunda: 60 milyon avro

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniya nəhəngi "Real Madrid"də yenidən baş məşqçi postuna gətiriləcəyi gözlənilən Joze Mourinyu gələcək layihəsinin ilk böyük transferini müəyyənləşdirib.

Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini Madrid klubundakı ikinci dönəminin ilk önəmli imzası etmək istəyir.

Hazırda "Qızıl top" mükafatının sahibi olan ispaniyalı ulduzun İngiltərə klubundakı gələcəyi müqaviləsinin son ilinə qədəm qoyması səbəbindən getdikcə qeyri-müəyyən hal alır. Yaranmış bu statusu yaxından izləyən "Real Madrid" rəhbərliyi vəziyyəti tam nəzarətdə saxlayır.

Əgər təcrübəli yarımmüdafiəçi "Mançester Siti" ilə müqaviləsini yeniləməkdən imtina edərsə, təxminən 60 milyon avroluq bir təklifin bu keçid üçün kifayət edəcəyi bildirilir.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
fanat.az

1Mənbələr