AZ

Məşhur idmançının ayağını kəsdilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məşhur keçmiş güləşçi və WWF komanda çempionu Marti Cannettinin səhhəti ilə bağlı ağır xəbər yayılıb. Promouter Eddi Mansfild idmançının pəncə hissəsinin amputasiya olunduğunu bildirib.Cannettinin ayaqlarındakı problemlər artıq 15 ilə yaxındır müzakirə olunurdu. O, rinqə çıxmaq üçün xüsusi ayaqqabılardan istifadə etmək məcburiyyətində qalırdı. İdmançı özü bir müddət əvvəl həkimlərin israrlı amputasiya məsləhəti verdiyini etiraf etmişdi. Buna səbəb topuq hissəsinə qədər yayılan ağır sepsis idi. Güləşçi uzun müddət tərəddüd etsə də, görünür vəziyyət kritik həddə çatıb.Marti Cannetti sağlamlığının itirilməsində birbaşa WWF dövründəki çıxışlarını günahlandırırdı. Eddi Mansfild isə rəhbərliyi kəskin tənqid edərək qurumun milyonlarla qazanc əldə etməsinə baxmayaraq veteran idmançının taleyinə biganə qaldığını vurğulayıb. Cannettinin sosial şəbəkələrdə paylaşdığı fotolarda pəncəsinin tanınmaz dərəcədə şişməsi və formasını itirməsi izləyiciləri dəhşətə gətirmişdi.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr