AZ

SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)  ilə “Serbiagas” arasında yeni qaz elektrik stansiyasının inşası üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

Marja xəbər verir ki, bunu Mayın 17-də Bakıda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycanın işgüzar dairələrinin nümayəndələrilə görüşü zamanı deyib.

A.Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa dəvət edib. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortu, eləcə də kənd təsərrüfatı məhsulları sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

Seçilən
44
marja.az

1Mənbələr