2026-cı il mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu baş tutub.
Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, “Azərbaycalıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən toplantıda spikerlər “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Şimali Kipr Tanıtım Platformasının sədri Okyay Sadıkoğlu, Kıbrıs Türk Sahibkar Qadınlar Dərnəyinin nümayəndəsi Gülnur Sadıkoğlu, Şəhid və Qazi Ailələri Dərnəyinin rəhbəri Buba Barış olublar.
Forumun moderatoru “Azərbaycalıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılov olub.