AZ

Tramp: İranın tələsməsi daha yaxşı olardı, əks halda...

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt mesaj verib.Demokrat.az xəbər verir ki, o, “Truth Social” hesabında paylaşdığı açıqlamada Tehranın Vaşinqtonla mümkün razılaşma üçün vaxt itirməməli olduğunu bildirib.“Vaxt işləyir və onların tələsməsi daha yaxşı olar. Əks halda, çox gec olacaq”, — deyə paylaşımda vurğulanıb.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda vəziyyət kəskinləşib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi regionundakı Amerika hərbi bazalarına zərbələr endirib.2026-cı il aprelin əvvəlində tərəflər iki həftəlik atəşkəs barədə razılığa gəlsələr də, sonrakı danışıqlar nəticə verməyib. Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən ABŞ-İran görüşləri də razılaşma ilə yekunlaşmayıb.Bundan sonra Vaşinqton İran limanlarına və Hörmüz boğazına təzyiqi artırıb. Tehran isə boğazdan keçən bəzi marşrutların məhdudlaşdırıldığını açıqlayıb. Regiondakı gərginlik qlobal enerji bazarlarında narahatlığı artırıb.Leyla

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
demokrat.az

1Mənbələr