AZ

Moskvaya 2026-cı ilin ən böyük HÜCUMU OLUB

Ajans.az-ın  Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Mer bildirib ki, 24 saat ərzində Moskvaya yaxınlaşarkən 130-dan çox PUA məhv edilib. Bu ilin əvvəlki ən böyük hücumu 14 martda qeydə alınıb. Həmin vaxt mer paytaxta doğru gedən 65 dronun məhv edildiyini bildirmişdi. Sobyanin 7 mayda 61, 15 martda 54, 16 martın birinci yarısında isə 42 dronun vurulduğunu bildirib. Həmçinin qeyd olunur ki, Moskva meri 2025-ci ildə şəhərə ən kütləvi hücum barədə 11 martda məlumat verib. O zaman bildirdiyi kimi, "Moskvaya yaxınlaşarkən 74 PUA və müxtəlif nöqtələrdə ümumilikdə yüzlərlə döyüş dronu vurulub".

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi mayın 16-sı saat 22:00-dan 17-si səhər 7:00-dək hava hücumundan müdafiə qüvvələrinin 556 Ukrayna stasionar qanadlı PUA-sını məhv etdiyini açıqlamışdı . Onlardan bəziləri Qara və Azov dənizləri üzərində vurulub. Dronlar həmçinin Moskva vilayətində, Krımda , Krasnodar diyarında, Rostov, Belqorod, Tver, Orel, Lipetsk, Pskov, Smolensk, Voronej, Bryansk, Tula və Kursk bölgələrində də məhv edilib.

Seçilən
51
Ajans.az

1Mənbələr