Türkiyədə iki polis əməkdaşı silahlı hücum nəticəsində həyatını itirib. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hadisə Tekirdağ vilayətinin Çorlu rayonunda baş verib. Çoxmərtəbəli biznes mərkəzində gizlənən silahlı şəxsi zərərsizləşdirmək üçün hadisə yerinə gedən polis əməkdaşları qəfil hücuma məruz qalıblar. Açılan atəş nəticəsində polis zabitləri Erkan Tütünçülər və Emrah Koc həyatını itirib. Türkiyə mediası cinayətkarın yaralı vəziyyətdə ələ keçirildiyini yazıb.