AZ

Trampın ətrafı narahatdır

ABŞ Tayvan məsələsində status-kvonun qorunmasını və regionda sabitliyin təmin olunmasını gözləyir.

Publika.az "ABC News" telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bəyan edib.

"Ən vacib məqam Tayvan boğazında status-kvonun dəyişməməsidir. Prezident Donald Tramp da açıq şəkildə bildirdi ki, Amerikanın Tayvanla bağlı yanaşmasında heç bir dəyişiklik yoxdur. Biz vəziyyətin sabit qalacağını gözləyirik", – deyə o vurğulayıb.

Daha əvvəl "Axios" portalı öz mənbələrinə istinadən xəbər verib ki, Trampın ətrafı Çin Xalq Respublikasının Tayvana mümkün müdaxiləsindən narahatdır.

Seçilən
29
publika.az

1Mənbələr