AZ

ABŞ-nin BMT-dəki xüsusi nümayəndəsi WUF13-ün əhəmiyyətini şərh etdi

Kənd və regionların inkişafı urbanizasiya problemlərinin həllində mühüm rol oynayır. Çünki regionlarda kənd təsərrüfatı, biznes və digər sahələr üzrə böyük potensial mövcuddur. Əgər bölgələrə investisiya yatırılarsa və inkişaf imkanları genişləndirilərsə, insanlar öz yaşadıqları ərazilərdə qalmağa üstünlük verər və bu da şəhərlərdə əhali sıxlığının azalmasına kömək edər”.Bu fikirləri Mətbuat.az-a müsahibəsində ABŞ-nin Corciya ştatı üzrə BMT-dəki xüsusi nümayəndəsi Kaori Ishikawa deyib. O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı fikirlərini bölüşüb. Həmin qısa müsahibəni təqdim edirik:- Urbanizasiya və şəhərsalma sahəsindəki problemlərin həllini necə görürsünüz?Dünya getdikcə daha mürəkkəb hala gəlir və insanlar iş imkanları, təhsil və digər səbəblərlə şəhərlərə üz tuturlar. Buna görə də düşünürəm ki, biz iki istiqamət üzrə fəaliyyət göstərə bilərik.Birincisi, Bakı kimi insanların cəmləşdiyi şəhərləri inkişaf etdirmək, eyni zamanda onları daha səmərəli etmək lazımdır. Bunun üçün ictimai nəqliyyatın inkişafı, əlçatan mənzillərin təmin olunması vacibdir ki, insanlar şəhərdə təhlükəsiz və münasib şərtlərlə yaşaya bilsinlər.İkincisi isə, hesab edirəm ki, kənd və regionların inkişafına da diqqət yetirməliyik. Çünki kənd yerlərində də böyük imkanlar mövcuddur, kənd təsərrüfatı, biznes və digər sahələr üzrə. Əgər regionlar inkişaf etdirilərsə, insanlar öz bölgələrində qalacaq və şəhərlərdə həddindən artıq sıxlıq yaranmayacaq.Bu səbəbdən düşünürəm ki, biz paralel olaraq iki istiqaməti təşviq etməliyik. Bir tərəfdən şəhərsalmanı daha səmərəli etmək, digər tərəfdən isə regional inkişafı dəstəkləmək və regionlara investisiya yatırmaq.Mən bilirəm ki, Azərbaycan hökuməti Qarabağ bölgəsinə investisiya yatırılmasına böyük önəm verir. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət ayırır və düşünürəm ki, həmin regionun inkişaf üçün böyük potensialı var.Yəni balanslı yanaşmaya ehtiyac var həm regionların inkişafı, həm də şəhərlərin daha səmərəli idarə olunması istiqamətində addımlar atılmalıdır.- Ümumiyyətlə forumun təşkili barədə düşüncələriniz necədir?“Bu forum hər iki ildən bir dünyanın müxtəlif ölkələrində keçirilir və Azərbaycanın belə mühüm tədbirə ev sahibliyi etməsi çox sevindiricidir. Forum Birləşmiş Millətlər Təşkilatına üzv müxtəlif dövlətləri bir araya gətirərək fikir və təcrübə mübadiləsi imkanı yaradır. Ölkələr fərqli iqtisadi inkişaf səviyyələrindən gəlirlər. Məsələn, Azərbaycan yüksək gəlirli ölkəyə doğru irəliləyir və bu da ölkələrin bir-birindən öyrənməsi üçün imkan formalaşdırır.Bəzi ölkələr özünəməxsus çətinliklərlə üzləşir, digərləri isə ortaq şəhərsalma və inkişaf problemlərini paylaşır. Bu forum vasitəsilə iştirakçılar ilham ala, həll yollarını müzakirə edə və öz milli planlaşdırma və inkişaf proseslərini yenidən dəyərləndirə bilərlər".Gülbəniz Hüseynli / Metbuat.az
Seçilən
19
metbuat.az

1Mənbələr