Rusiya müharibənin 1544-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 147 927 PUA-sı, 661 zenit-raket kompleksi, 29 341 tank və digər zirehli texnikası, 1 722 reaktiv yaylım atəş sistemi, 34 965 artilleriya və minaatanı, 61 796 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.