AZ

ABŞ-nin LIRR dəmir yolu sistemində səfərlər tətil səbəbindən dayandırılıb

ABŞ-nin LIRR dəmir yolu sistemində səfərlər tətil səbəbindən dayandırılıb

ABŞ-ın ən sıx şəhərətrafı dəmir yolu sistemlərindən biri olan "Long Island Rail Road" (LIRR) xətlərində qatar səfərlərinin işçi həmkarlar ittifaqlarının tətili nəticəsində dayandırıldığı bildirilib.

AFN.az xəbər verir ki, "CNN" televiziyasının yaydığı məlumata görə, dəmir yolu işçilərini təmsil edən 5 həmkarlar ittifaqı ilə LIRR-i idarə edən dövlət qurumu arasında aparılan danışıqlarda maaş artımı və tibbi sığorta haqları mövzusunda razılıq əldə oluna bilməyib.

Həmkarlar ittifaqlarının tətil qərarı qəbul etməsi səbəbindən şəhərətrafı dəmir yolu sistemindəki bütün xətlərdə qatar səfərləri dayandırılıb.

Yerli mətbuatda dərc olunan xəbərlərdə sözügedən 5 həmkarlar ittifaqının LIRR tərkibindəki 3 min 500 işçini təmsil etdiyi və bu tətilin 1994-cü ildən bəri bu dəmir yolu sistemindəki ilk tətil olduğu diqqətə çatdırılıb.

Tətilin Nyu-York ştatının Lonq-Aylend bölgəsi ilə Nyu-York şəhəri arasında hər gün səfər edən təxminən 300 min sərnişinə təsir edəcəyi gözlənilir.

LIRR sistemindəki xətlər ABŞ-ın ən sıx şəhərətrafı dəmir yolu şəbəkələrindən biri kimi tanınır.

Seçilən
67
afn.az

1Mənbələr