AZ

Ukraynaya verilmiş kreditin təfərrüatları açıqlandı

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya 90 milyard avroluq kredit şərtlərini təsdiqləyə bilər.

Azreform.info bildirir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vəsaitlər Ukraynanın büdcə kəsirini ödəməyə və pilotsuz uçuş aparatlarının alınması da daxil olmaqla müdafiə ehtiyaclarını maliyyələşdirməyə kömək etmək üçün nəzərdə tutulub.

Brüssel qərarı mayın 18-də verə bilər. Nəşrin mənbələri həmçinin bildirib ki, Avropa Komissiyası (AK) gələn həftə Ukraynanın büdcə kəsirinin qalan hissəsinin doldurulması ilə bağlı Böyük Britaniya , Kanada , ABŞ və Yaponiya ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Xüsusilə, danışıqlar G7 maliyyə nazirlərinin görüşündən əvvəl keçiriləcək.

Elvin

Azreform.info

Seçilən
35
2
azreform.info

3Mənbələr