AZ

Ermənistanda Karapetyanın tərəfdarları saxlanılıblar

Ermənistanda iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun on tərəfdarı Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının seçki kampaniyasını pozmağa cəhd etdiklərinə görə saxlanılıblar.

Hakimiyyet.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib .

Məlumata görə, Noraşen kəndində bir qrup insan təbliğatçılarınkəndə girməsinin qarşısını almaq üçün yolu maşınlarla bağlayıb. Metsavan kəndində "Güclü Ermənistan" tərəfdarları səs-küylü musiqi səsləndirib və Vətəndaş Müqaviləsi Partiyasının üzvlərinə qarşı zorakılıq tətbiq edərək seçki kampaniyasını pozublar.

Bu hadisələr əsasında hüquq-mühafizə orqanları bir qrup şəxs tərəfindən törədilən təşviqat kampaniyasına mane olma maddəsi ilə cinayət işi açıb.

Elvin

Hakimiyyet.az

Seçilən
1
2
hakimiyyet.az

3Mənbələr