AZ

Kocaeli limanında "yük" partlayışı - 297 min tonu kim daşıdı? (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026 - cı ilin aprel ayında Türkiyənin Kocaeli limanı 825 min 615 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən 72 min 110 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 650 min 203 ton yük daşınıb.

2026 - ci ilin aprel ayında Kocaeli limanından tranzit 76 min 904 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 4 min 871 gəmi qəbul edib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən 3 min 248 gəmi daxil olub.

Məlumata görə, eyni dövrdə türk bayrağı altında fəaliyyət göstərən və limanlara qəbul edilən gəmilərin sayı isə 1 min 623 təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 77 milyon 90 min 527 ton yük qəbul edib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə bayrağı altında fəaliyyət göstərən gəmilər vasitəsilə daxili limanlara 11 milyon 554 min 367 ton yük daşınıb.

Məlumata görə, Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən gəmilərlə daşınan yükün həcmi isə 65 milyon 536 min 160 ton təşkil edib.

Açıqlamada qeyd olunub ki, 2026-cı ilin aprel ayında Türkiyə limanlarından ümumilikdə 5 milyon 724 min 594 ton transit yük daşınıb.

Seçilən
10
9
turkic.world

10Mənbələr