“Dövlət qurumlarının ev tikintisi ilə bağlı icazələri gecikdirməsi əlçatan mənzil təminatına maneədir”.
Turkustan.az “Report”-a istinadən xəbər verir ki, bunu “PwC Azərbaycan” audit şirkətinin direktoru Günel Sadiyeva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasına bildirib.
“Əlçatan mənzil təminatını və özəl sektorun cəlb olunmasını kənara qoysaq belə, tikinti sahəsində bəzən dövlət qurumlarının səmərəli olmadığını, bəzi icazələrin verilməsində və ya digər məsələlərdə gecikmələrə yol verdiyini etiraf etməliyik. Bu problemlər mövcuddur. Ancaq bütün bu faktlara baxmayaraq, özəl sektor yenə də fəaliyyət göstərir.
Onlar öz şəxsi layihələrini inkişaf etdirməyə davam edirlər. Bu, əlçatan mənzil təminatının davam etdirilməsi və miqyasının genişləndirilməsi üçün tam olaraq bir maneədir. Hesab edirəm ki, bu, hər fəaliyyətin qarşılaşdığı standart maneədir. Vergilərdə və yaxud gömrükdə olduğu kimi. Yəni, bu, gündəlik çətinliklərdir”, – deyə o qeyd edib.