"Barselona" bu gün rekorda imza ata bilər.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya La Liqasının 37-ci turu çərçivəsində evdə qarşılaşacağı "Betis"i məğlub etməyi bacarsa, tarixi nəticə reallaşacaq.
"Blauqrana" qonaqları üstələyəcəyi halda, bir mövsümdə La Liqadakı bütün ev oyunlarında qələbə qazanan ilk komanda ünvanına sahib çıxacaq
"Barselona" - "Betis" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. Çempionluğu vaxtından əvvəl rəsmiləşdirən komandaya almaniyalı mütəxəssis Hans-Diter Flik rəhbərlik edir.
Toğrul