AZ

Ukraynaya məxsus PUA Latviya hava məkanına daxil oldu − Qırıcılar havaya qalxdı


Latviya hava məkanına pilotsuz uçuş aparatı daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Milli Silahlı Qüvvələri məlumat yayıblar. 
Bildirilib ki, səhər saat 6:00 radələrində Latviya sərhəd bölgəsinin beşində mümkün təhlükə barədə məlum olub.
Silahlı Qüvvələr pilotsuz təyyarənin mənşə ölkəsini dəqiqləşdirməyib. Şahidlərin videosuna görə, pilotsuz təyyarə Latviya hava məkanına Ukraynadan daxil olub.
Latviya Silahlı Qüvvələri bölgədə yerləşən hava hücumundan müdafiə bölmələrini işə salıb. Baltik hava məkanında patrul xidməti göstərən NATO qırıcı təyyarələri də havaya qalxıb.
Seçilən
37
yeniavaz.com

1Mənbələr