AZ

Bu futbolçu da “Sabah”dan ayrılacaq

“Sabah” yayda heyətdə bəzi dəyişikliklər edəcək.

 Azərbaycan çempionu bir neçə futbolçu ilə yollarını ayıracaq.
 

Onlardan birinin Tellur Mütəllimov olacağı iddia edilir. Belə ki, “Sabah” mövsümün sonunda müqavilə müddəti başa çatacaq 31 yaşlı müdafiəçini komandada saxlamayacaq.


Qeyd edək ki, Tellur 2022-ci ilin yayından “Sabah”ın formasını geyinirdi.

Onun yeni mövsüm Premyer Liqada fərqli komandalardan birində oynayacağı ehtimal edilir.

Seçilən
0
2
news365.az

3Mənbələr