AZ

Şəhər idarəçiliyində qadın işçi qüvvəsindən düzgün istifadə iqtisadi inkişafı artırır - Sabiq prezident

İnklüziv şəhər məkanlarının yaradılması əsas məsələlərdən biridir.

Trend xəbər verir ki, bunu Mavriki Respublikasının 6-cı və ilk qadın prezidenti Ameenah Gurib-Fakim Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması" adlı sessiyanın açılışında bildirib.

Onun sözlərinə görə, gender bərabərliyi daim diqqət mərkəzində saxlanılmalıdır:

"Qadın və qızların gündəlik ehtiyacları hər zaman nəzərə alınmalıdır. Bəzi ölkələrdə qadın və qızlar axşam saatlarında ictimai nəqliyyatdan istifadə edə bilmirlər. İnklüziv şəhər məkanlarının yaradılması əsas məsələlərdən biridir. Şəhərlərin xüsusi layihələndirilməsində qadınların yaşadığı təcrübələr nəzərə alınmalıdır.

Qadınlar şəhərdə qorxusuz şəkildə hərəkət edə və yaşaya bilməlidirlər. Şəhərlərdə inklüziv ictimai nəqliyyat sistemləri və təhlükəsiz məkanlar yaradılması qadınların təhlükəsizliyinə mühüm töhfə verir"

Sabiq prezident bildirib ki, əlçatan və adekvat mənzil şəraiti gender bərabərliyinə nail olmaq üçün də əhəmiyyətlidir:

"Qadınların yaşadıqları mühitdə rollarının gücləndirilməsi vacibdir. Qadınlar arasında sahibkarlığın təşviqi və bacarıqların artırılması üçün addımların gücləndirilməsi də önəmlidir. Mürəkkəb şəhər və rayon mühitini və onların dinamikasını yaxşı tanımaq lazımdır. Bəzən siyasətçilər təəssüf ki, bunu tam şəkildə edə bilmirlər. Şəhər idarəçiliyində qadın işçi qüvvəsindən düzgün istifadə iqtisadi inkişafı artırır. Bu amil mütləq nəzərə alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
1
olaylar.az

2Mənbələr