AZ

Aminah Qurib: “Qadınların şəhərsalma prosesində səsləri eşidilməlidir”

“Qadınların şəhərsalma prosesinə cəlb olunması çox vacibdir. Onların bu sahədə səsləri eşidilməlidir.”

Bizim.Media xəbər verir ki, bunu Mavriki Respublikasının ilk qadın prezidenti Ameenah Gurib-Fakim BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakıda keçirilən “Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması” adlı panel müzakirəsində deyib.

O bildirib ki, qadın işçi qüvvəsindən düzgün istifadə olunması iqtisadi inkişafa da mühüm töhfə verə bilər.

“Gender bərabərsizliyi şəhərsalma sahəsində əks olunarsa, bu, mövcud problemlərin həllinə kömək etməyəcək”, – deyə siyasətçi vurğulayıb.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Seçilən
2
1
bizim.media

2Mənbələr