"Şəhəri müəyyən edən onun xidmətləri və bu xidmətlərin şəhərdə təmin etdiyi həyat keyfiyyətidir. Bu, insanların etibar edə biləcəyi suya, ödəyə biləcəyi enerjiyə, istifadə edə biləcəyi nəqliyyata və ləyaqətlə yaşaya biləcəyi mühitə sahib olub-olmaması ilə ölçülür".
O bildirib ki, kommunal xidmət təminatçıları yalnız infrastruktur operatorları deyil, şəhərləri formalaşdıran əsas qüvvələrdir.
Andre Dzikusun sözlərinə görə, xidmətlərin olmadığı yerlərdə bərabərsizlik artır, güclü xidmətlərin mövcud olduğu şəhərlər isə daha uğurlu olur.
UN-Habitat rəsmisi vurğulayıb ki, iqlim keçidi kommunal xidmət təminatçılarının iştirakı olmadan mümkün deyil.
"Siz təməlsiniz. Siz şəhərlərin onurğa sütunusunuz. Sizsiz nə adekvat mənzil təminatı, nə dayanıqlı şəhərlər, nə də davamlı gələcək mümkündür. Çünki xidmətlər işləyəndə şəhərlər işləyir. Şəhərlər işləyəndə isə insanlar firavan yaşayır", - deyə Andre Dzikus qeyd edib.